Bakı metrosunun sabiq rəisi vəfat edib - Foto

media-hightechnic-468x90

Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, – deyə dövlət müəssisəsinin elanında qeyd edilib.

Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V. Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa