Bakı sakini Qazaxda özünü asdı

media-hightechnic-468x90

Qazax rayonunda Bakı sakini özünü asaraq intihar edib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaymaqlı kəndində baş verib.

Belə ki, Bakı şəhər qeydiyatında olan 1953-cü il təvəllüdlü Osmanov Musa Xəlil oğlu Qazax rayon Qaymaqlı kəndində yaşayan əmisi evində özünü asaraq intihar edib. Xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilən M.Osmanov intihardan əvvəl məktub yazıb. O, məktubunda xəstəlikdən ciddi əziyyət çəkdiyini və kimsəyə yük olmaq istəmədiyini yazıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M.Osmanov ailəli olub və 2 övladı var.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600