Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı sakinindən narkotik götürüldü

Bakı sakinində narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əmirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 39 qramdan artıq qurudulmuş marixuana, kirayədə yaşadığı evdən isə 59 qramdan artıq metamfetamin, 492 qram pereqabalin, 10 qrama yaxın heroin və metilendioksimetamfematin aşkar edilərək götürülüb.

www.yenicag.az

453
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100