Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun, təqribən, 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.
Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeydə alınmayıb.
Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.
Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.
www.yenicag.az