Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib - YENİLƏNDİ

media-hightechnic-468x90
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib.
Yenicag.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu istismara verilməni bildirən düyməni sıxıb.
***
Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimi keçirilir.
Yenicag.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər iştirak edirlər.
Azərbaycanı mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərbaycan Dəmir Yolları”nın sədri Rövşən Rüstəmov təmsil edir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-da yük daşımaları üçün test rejimində istismara verilib.
media-6a1eaab8cbfd36a1eaab8cbfd417803946806a1eaab8cbfcf6a1eaab8cbfd1 media-6a1eb2a4e4ca16a1eb2a4e4ca217803967086a1eb2a4e4c9e6a1eb2a4e4c9f
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05