!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakı Tikiş Evi”nin 64 işçisi koronavirusa belə yoluxdu - AÇIQLAMA

!Reklam – Yazi

“Bakı Tikiş Evi” ASC işçilərinin koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov Oxu.Az-a açıqlamasında bildirib ki, işçilərdən bir nəfər digər əməkdaşları da koronavirusa yoluxdurub:

“Həmin işçinin qızı koronovirusa yoluxub və anasını yoluxdurub. Nəticədə, bizim işçilər arasında yoluxma baş verib. ASC-də üç-dörd nəfər virusa yoluxub, xəstəxanada müalicəsini davam etdirir. Digər işçilərimiz isə hazırda karantində saxlanılır. Həftənin bazar ertəsi evlərinə buraxılacalar”.

O qeyd edib ki, hazırda müəssisə fəaliyyətini davam etdirmir:

“Bilirsiniz ki, bizim işçilər hərbçilərin, polislərin paltarlarını tikirlər. Yoluxma təkcə bizdə olmayıb, dövlət müəssisələrində də olub”.

Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, “Bakı Tikiş Evi”ndə 64 nəfər qısa müddətdə koronavirusa yoluxub.

COP29

www.yenicag.az

856
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv