Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Bakıda 20 milyona villa satılır

Bakıda fantastik qiymətə mülklər satılır.

Yenicag.az xəbər verir ki, mülklərin qiyməti nə az, nə çox, düz 20 milyon manatadır.

Geniş həyəti və şəhər mərkəzinə yaxın yerdə olan dəbdəbəli mülklərin qiyməti təxminən 3 milyon manatdan başlayır.

Əmlak üzrə ekspert Ramin Osmanlının sözlərinə görə, təmtəraqlı mülklərə olan maraq son illərdə geniş yayılıb. Bahalı mülklər isə əsasən şəhərin mərkəzinə yaxın yerlərdə satışa çıxarılır. Qiyməti baha olsa da, belə evlərin alıcıları da var.

Mülklərin qiymətinə təsir edən əsas amillərdən biri həyətyanı sahəsinin genişliyi və istirahət üçün yaradılan şəraitdir. Həyəti hektarlarla olan mülklərə isə daha çox şəhərkənarı ərazilərdə rast gəlmək mümkündür.

Son zamanlar Azərbaycanda əmlak sahəsinə ərəblərin də yatırım etməsi bu sahəni canlandıran səbəblərdəndir. Ekspertlərin sözlərinə görə, hazırda çox az bir qisim xarici vətəndaş mülk aldığı üçün evlərin qiymətlərinə elə də ciddi təsir etməyəcək.

Xəzərxəbər

www.yenicag.az

14958
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM