!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda baş həkim qəza törətdi: Ölən var

!Reklam – Yazi

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi “Hunday Sonata” markalı 90 BB 636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb./Trend/

www.yenicag.az

2800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv