Bakıda baş redaktorun evi qarət olundu

media-hightechnic-468x90

“Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.

O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:

“Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb”.

İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verildiyini vurğulayıb:

“Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05