Bakıda dollar 2 manata qalxdı?

media-hightechnic-468x90

15994dollarİkinci devalvasiyadan sonra ölkədə dollar böhranı davam edir. Yenicag.az xəbər verir ki, Bakıdakı əksər valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina edirlər.

media-banner_tkm

Onlar Mərkəzi Bank tərəfindən dollar verilmədiyini iddia edirlər.

Qara bazarda isə dollar artıq 2 manata satılmaqdadır. Artıq 28 may civarında fəaliyyət göstərən “qara bazar”çılar birinci gündən etibarən dolların 2 manatdan baha olacağı şaiyəsini yayaraq, qiyməti 1.57-dən 2.00 manata qaldırıblar.

Mərkəzi Bankdan isə hər zaman olduğu kimi məsələyə münasibət öyrənmək mümkün olmadı.

Ancaq rəsmi məzənnə hələ 1 ABŞ dolları – 1.554 manat olaraq qalmaqdadır. Təəssüf ki, Mərkəzi Bankın daha öncəki fəaliyyəti əhali arasında inamsızlıq yaratması insanları dələduz və işbazların tələsinə doğru sürükləyir.

Nicat/Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05