Bakıda gənc oğlan 13-cü mərtəbədən yıxılıb

media-hightechnic-468x90

62918Bu gecə Bakının Xətai rayonunda faciəvi hadisə baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən  verilən məlumata görə, hadisə nəticəsində 22 yaşlı oğlan dünyasını dəyişib.

Belə ki, 17 mərtəbəli binanın 13-cü mərtəbəsində yaşayan 1993-cü il təvəllüdlü Elxan Mehman oğlu Hacıyev eyvandan yıxılıb. 13-cü mərtəbədən yıxılan Elxan Hacıyev hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Lakin hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi, yaxud intihar olduğu araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.(anspress.com)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa