Bakıda gənc oğlan itkin düşdü – 18 gündür yoxa çıxıb – FOTO

Bakıda gənc oğlan itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, Hövsan qəsəbə sakini 10 gündən artıqdır ki, yoxa çıxıb.

Belə ki, Məmmədov Mehdixan Elşən oğlu, avqustun 11-i səhər saat 10 radələrində Oktay Şabanov küçəsində yerləşən evindən çıxıb. O, qəsəbə mərkəzində yerləşən toptan satış mərkəzinə gedib və bir daha geri dönməyib.

Onu görənlərdən 055-762-04-50 telefon nömrəsinə zəng etmələri xahiş olunur.