Bakıda kafedə qətl - Müştərini döyüb öldürdü - Cinayət işi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nizami Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yenicag.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 30-na təyin edilib.
İttihama görə, ötən il oktyabrın 10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində N.Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb.
E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib və orada ölüb.
N.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb./Trend/