Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi

media-hightechnic-468x90

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu yaşadığı mənzildə həyat yoldaşını ailə münaqişəsi zəminində əvvəlcə döyüb. Daha sonra onu qətlə yetirib.

Hadisə yerinə hüquq mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, H.Əsgərov özünə də qəsd etmək istəyib. Lakin vaxtında edilən müdaxilə nəticəsində onun həyatını xilas etmək mümkün olub.

H.Əsgərov polis nəzarəti altında xəstəxanaya yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa