Bakıda mağaza və maşın yanıb

media-hightechnic-468x90

74443Bu gecə Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verdilən  məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan ərzaq mağazada yanğın başlayıb. Alov qısa müddətdə genişlənib.

Nəticədə mağazanın içərisinə yığılan mallar tamam kül olub.

Bundan başqa, magazanın yaxınlığında dayanmış ayrı-ayrı vətəndaşlara məxsus “Mercedes” markalı minik avtomobilin 2 sol arxa qapısının üzlüyü, “Changan” markalı minik avtomobilinin mühərrik hissəsi, “Cerry” markalı avtomobilin isə sol arxa qapısının üzlüyu yanıb.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600