Bakıda məktəb binasının damı uçdu

media-hightechnic-468x90

Bakıda məktəb binasının damının şiferləri qopub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda üçmərtəbəli orta məktəb binasının damında bir neçə şiferin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan şiferləri müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600