Bakıda sexdə yanğın: Xəsarət alan var
Bakı şəhərinin Nərimanov rayonunda sexdə yanğın olub.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 m² sahədə, bitişik ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın zamanı bir nəfər xəsarət alıb.
Hər iki sexin qalan hissəsi və içərisində olan dəzgahlar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.