Bakıda su borusu partladı - Qəza yerinə "Azərsu"nun əməkdaşları cəlb olundu

media-hightechnic-468x90

Ötən gecə Bakıda su borusunun partlaması nəticəsində qəza baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyid-Zahid küçələrinin kəsişməsində qeydə alınıb. Borunun partlaması nəticəsində yolu su basıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qəzaya səbəb boruda yaranan nasazlıq olub:

“Gecə adıçəkilən küçələrin 7-9 ünvanlarında 100 diametrlik boru partlayıb və nəticədə küçəyə qısa müddətdə su axıntısı baş verib. Hadisə yerinə cəlb olunan “Azərsu”nun əməkdaşları problemi aradan qaldırıb. Ərazidə olan evlərin heç birinə suyun verilişində problem yaranmayıb”./Trend/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa