Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda uşaq bağçasında döyülmə: Araşdırma aparılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yasamal rayonunda yerləşən “Nərgiz” uşaq bağçasında 2 yaşlı uşağın  döyülməsi ilə bağlı müvafiq araşdırmalara başlayıb.

Yenicag.az-ın məlumatına görə, Dövlət Komitəsindən bildirilib ki, hazırda məsələyə hüquqi qiymətin verilməsi üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə danışıqlar aparılır.

“Əgər məsələ kütləvi informasiya vasitələrində işıqlandırılıbsa, sözsüz ki, hüquq-mühafizə orqanları tərəfindən də məsələyə baxılaraq hüquqi qiymət veriləcək”, – Dövlət Komitəsindən vurğulanıb.

“Nərgiz” uşaq bağçasının direktoru Fəridə Hacıyeva isə “Report”a açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarına müraciət olunub: “Hüquq-mühafizə orqanlarının əməkdaşları və valideynin iştirakı ilə bağçanın kamera görünütülərinə baxılıb. Uşağın bağçaya daxil olduğu saatdan buranı tərk edənə kimi izlənilib. Heç bir neqativ və ya uşağın narahat olduğu hala rast gəlinmədi. Hətta uşağa qarşı qayğıkeş münasibəti görən valideyn bu görüntüləri öz telefonuna çəkdi. Hadisənin sonradan belə işıqlandırılması məni də düşündürür. Valideynlə əlaqə saxlaya bilmirəm ki, məsələni niyə belə formada qələmə verildiyinin səbəbini öyrənə bilim. Avqustun 21-də axşam saatlarında bizə zəng edildi ki, belə hal olub. Biz də avqustun 22-də kamera görüntülərinə baxdıq. Həmin günün görüntülərində heç bir problem müşahidə etmədik. Bütün otaqlarda kamera var. Sadəcə, valideyn idda edir ki, bisetkanın içərisidir. Amma həmin ana qədər baş verənlər görüntülərdə uşaq çox şən görünüb”.

Qeyd edək ki, sosial şəbəkələrdə körpənin uşaq bağçasında döyüldüyü iddia edilir.

www.yenicag.az

1335
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100