Bakıda Xarkovun mətanətinə həsr olunmuş fotosərgi açıldı
Bakıda Beynəlxalq Azərbaycan-Ukrayna Alyansının sədri, Elmar Məmmədovun Xarkov şəhərinin meri İqor Terexov ilə görüşü baş tutub. Görüş hərbi əməliyyatlar şəraitində Ukrayna meqapolisinin sakinlərinin ağır gündəlik həyatını əyani şəkildə nümayiş etdirən xüsusi fotosərginin açılışı çərçivəsində keçirilib.
Yenicag.az xəbər verir ki, ekspozisiyanın mərkəzi mövzusu minlərlə ailə üçün əsl yeraltı sığınacağa çevrilmiş Xarkov metropolitenindən çəkilmiş təsirli kadrlar olub. Fotoşəkillərdə müntəzəm raket atəşlərindən qorunmaq üçün həftələrlə yer altında qaçqın düşmüş insanların gündəlik məişəti əks olunub: platformalarda oynayan uşaqlar, vaqonlarda qurulmuş müvəqqəti yataq yerləri və müharibənin acı reallıqları ilə üzləşmiş insanların baxışları.
Beynəlxalq Azərbaycan-Ukrayna Alyansının rəhbəri Elmar Məmmədov və Xarkov meri İqor Terexov ekspozisiyaya birlikdə baxış keçirərək, dinc əhalinin nə qədər çətinlik çəkdiyini və şəhər sakinlərinin hər gün hansı nəhəng problemlərlə qarşılaşdıqlarını müzakirə ediblər.
”Bu kadrlar insanların mətanətinin canlı sübutudur və eyni zamanda vaxtında göstərilən humanitar dəstəyin nə qədər vacib olduğunu xatırladır”, — deyə Elmar Məmmədov vurğulayıb və Alyansın Xarkova və onun sakinlərinə kömək etmək üçün əlindən gələn hər şeyi etməyə davam edəcəyini bildirib.
İqor Terexov sərgini təşkil etdiyinə görə Beynəlxalq Alyansın rəhbərliyinə səmimi minnətdarlığını bildirərək qeyd edib ki, bu cür layihələr dünyaya sıravi xarkovluların bu gün keçdiyi sınaqların bütün dərinliyini görməyə və hiss etməyə kömək edir.













