Bu gün saat 13:00 radələrində Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində yerləşən “Dolce & Gabbana” mağazasında yanğın baş verib.
Yenicag.az xəbər verir ki, hadisə yerinə dərhal FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsindən sonra təhlükənin qarşısı alınıb.
Saytımıza açıqlama verən FHN polkovniki Ramazan Ramazanov yanğınla bağlı sualımızı cavablandırıb:
“Hadisə ilə bağlı saat 13:03-də məlumat daxil oldu. Dərhal əraziyə 3 yanğınsöndürən maşını göndərildi. Əməkdaşlarımız güclü tüstüləmə müşahidə ediblər. Kəşfiyyata yollanan manqalar paltardəyişmə otağında gizli yanğın görüblər. Tavanaltı və divar üzlükləri yanırdı. Dərhal müdaxil edib, yanğını söndürdük. Təxminən 30-35 kv. metr ərazi yanıb. Laboratoriyanın analizindən sonra yanğının hansı səbəbdən baş verdiyi bəlli olacaq. Yanğın qonşu mağazaya keçməyib.
Emin Səfərov
www.yenicag.az