!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yaşamaq üçün aylıq nə qədər pul lazımdır? - VİDEO

!Reklam – Yazi

Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində ortaaylıq əməkhaqqı 1 272 manat 30 qəpik olub.

Ölkə qanunvericiliyinə görə, 2024-cü ilin minimum yaşayış norması əməkqabiliyyətli əhali üçün 287, uşaqlar üçün isə 235 manat məbləğində müəyyən edilib.

Bu göstəricini nəzərə alanda 4 nəfərlik ailənin yaşayışı üçün aylıq minimum 1044 manat lazımdır. Bu ailənin kirayədə yaşadığını nəzərdə alanda isə məbləğ dəyişir.

Yaşayış minimumuna görə, 4 nəfərlik ailə üçün mənzilin ümumi sahəsi 48 kvadratmetr olmalıdır. Paytaxtda bu sahədə evlərin kirayə qiymətləri 500 manatdan başlayır. Beləliklə, Bakıda 4 nəfərdən ibarət kirayədə yaşayan ailənin aylıq gəliri ən azı 1544 manat olmalıdır.

Qeyd edək ki, yaşayış minimumu əhalinin yaşayış qabiliyyətini saxlaması üçün gərəkli olan normadır. Bu göstərici istehlak səbətinin və qiymətlərin dəyişməsinə uyğun olaraq hər il yenilənir.

Ətraflı Baku TV-nin süjetində:

COP29

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv