Bakıda zavodda partlayış - Ölən var

media-hightechnic-468x90

Bakıda zavodda partlayış hadisəsi baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində paytaxtın Nərimanov rayonundakı Bakı Mexaniki Tökmə Zavodunda baş verib.

Kislorod balonlarında baş verən qəfil partlayış nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Məmmədov Zamiq Qəhrəman oğlu dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, ölən və xəsarət alan qardaşlar zavoda qaz balonlarını doldurmağa gəlibmiş. Həmin vaxt zavodda partlayış baş verib. (Trend)

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05