!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının bu ərazisində bir sıra qadağalar tətbiq ediləcək

!Reklam – Yazi

“Bakı Limanı 2035 – CO2 zero emisya” strategiyasınsa əsasən, liman ərazisində ekologiyanı qorumaq və inkişaf etdirmək üçün bir sıra yeniliklər və qadağalar tətbiq ediləcək. 

Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək plana əsasən, yaxın zamanlarda Bakı Limanına dizel, benzin və ya havaya böyük həcmdə istixana qazı atan digər yanacaq növləriylə işləyən nəqliyyat vasitələrinin buraxılmaması nəzərdə tutulub.

Liman ərazisində yalnız yaşıl yanacaqla işləyən nəqliyyat vasitələrindən və avadanlıqlardan istifadə olunacaq, liman akvatoriyasına daxil olan gəmilər isə tam olaraq elektrik enerjisi ilə təmin olunacaq.

Bununla yanaşı, liman ərazisi və akvatoriyasında tam olaraq yalnız elektrik enerjisindən istifadə ediləcək. Həmçinin limanda yalnız elektriklə və yaşıl yanacaqla işləyən yedək gəmilərindən istifadə ediləcək.

Bütün tikililər isə yaşıl bina standartlarına uyğunlaşdırılacaq.

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv