Bakının bu rayonunda qaz olmayacaq

media-hightechnic-468x90

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz xətlərində təmir işlərinin aparılması məqsədilə iyunun 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Bayıl qəsəbəsinin, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, Z.Yusifzadə, Xanlar, Q.Abbasov, M.Useynov, E.İsmayılov, V.Muradov, F.Qurbanov, G.Əliyev, A.İsmayılov, Y.Mürsəlov, Y.Bədəlov, Ş.Allahverdiyev və O.Daşdəmirov küçələrinin, həmçinin Salyan yolu, E.Əzizov, Badamdar yolu, 2-ci Salyan döngəsi, Ə.Yaqubov, Buxta küçələrinin, “Jurnalist evi” MMC-nin, 20-ci Sahə, “Nasosnı” ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600