Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının mərkəzi küçələri niyə hasarlanıb? - AÇIQLAMA

23-25 iyun tarixlərində Bakıda baş tutacaq növbəti Formula 1 yarışlarına hazırlıq davam edir.

Yenicag.az xəbər verir ki, bu səbəbdən yarış halqasını əhatə edən paytaxtın mərkəzi küçələrinin kənarları dəmir torlarla hasarlanıb.

Maraqlıdır ki, baryerlərə yaxın məsafədə çəkilən dəmir torlu hasarlara parklarda da rast gəlmək mümkündür. Saytımıza açıqlama verən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bunun səbəbini belə izah edib:

“Birinci hasar “track safety fence” adlanır. Bu, təhlükəsizlik baryeridir. Əgər qəza olarsa, bolider ona toxuna bilər. İkinci dəmir tor isə ona görə quraşdırılıb ki, tamaşaçılar birinci hasara çox yaxınlaşmasınlar. Çünki qəza olarsa, bolider birinci hasara dəyib, yerini dəyişə bilər. Belə olan halda isə tamaşaçı xəsarət alacaq. Bundan başqa birinci və ikinci hasarlar arasında xüsusi zonalar var ki, buradan da akkreditasiyadan keçmiş fotoqraflar çəkiliş apara biləcəklər. Digər tərəfdən bu zonaya marşallar da daxil ola biləcək. Parklardakı hasarlara gəlincə, bu, bizim əyləncə zonamız olacaq. “Formula 1″ bileti olanlar həmin zonaya daxil olub, yarışı izləməklə yanaşı, əyləncə tədbirlərində də iştirak edəcəklər”.

Emin Səfərov

Yenicag.az

Loading...

www.yenicag.az

724
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100