
Bu şənlikdə evlənməzdən öncə cinsi əlaqədə olmaq pislənərək xəstəliklərə, atasız uşaqların dünyaya gəlməsinə səbəb olduğu vurğulanır. Əvvəlcə stadionda toplaşan minlərlə qız yaşlı qadınlar tərəfindən bakirəlik testindən keçirilir və bakirəliyi təsdiq olunanlara diplam verilir. Daha sonra testdən keçən qəbilə qızları rəqs edib mahnılar oxuyaraq bakirə olmalarını qeyd edirlər.
Məktəbdə müəllim olan 24 yaşlı Filisive Hlatşvayo da tədbir iştirakçılarından biri olub və testi keçərək diplomunu qazanıb. Filisive sevinərək əlində tutduğu diplumu gərdək gecəsində ərinə ərməğan edəcəyini bildirib: “Bu, ərimə verəcəyim ən böyük hədiyyədir”.
Sadəcə qızlar və uşaqların iştirak etdiyi şənlikdə bakirə olmayanlar bir kənara yığılaraq onlara kiçik yaşda seksin zərərli yanları izah olunur. Bakirəliyin xüsusi önəm daşıdığı qəbilədə testdən üzüağ çıxan qızların əyləndiyi bu şənlik bəkarətliyi təsdiq olunmayanlar üçün yəqin ki, ən uzun və kədərli bir an kimi yadda qalır.(qaynar.info)
www.yenicag.az