!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıya xüsusi təyyarə ilə gətirilir

!Reklam – Yazi

FİFA Dünya çempionatının kuboku fevralın 9-da səhər saatlarında Bakıya xüsusi təyyarə ilə gətiriləcək.

Yenicag.az xəbər verir ki, ali mükafatı xüsusi təyyarə ilə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edəcək.

Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya kubokunu yaxından görə biləcəklər.

Qeyd edək ki, Dünya kuboku 4-cü dəfə dünya turuna çıxıb. Azərbaycana səfər “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

COP29

www.yenicag.az

2037
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv