!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bank VTB" və "Yelo Bank"ın bitən qoçuluğu: "Bu banklarda yeyinti çox olub"

!Reklam – Yazi

“Rusiyanın maliyyə sisteminin hazırda üzləşdiyi problemlərlə əlaqədar bu bankların qara günləri başlayıb”.

Yenicag.az xəbər verir ki, bunu son hadisələr fonunda Azərbaycanda Rusiya kapitallı iki bank olan “Bank VTB (Azərbaycan)” və “Yelo Bank”ın aqibətini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, hər iki bank nəinki qanuni, həm də qanunsuz yollarla borc qaytarmaq üzrə yerli liderlər sırasındadır. Belə ki, bu banklar qanunsuz fəaliyyət göstərən kollektorlarla yanaşı, həmçinin bəzi hüquq-mühafizə orqanlarından da kollektor kimi istifadə etməkdən çəkinmirlər:

“Bu banklar heç dünyanın düz vaxtında normal işləyə bilmirdi. Sözügedən banklarda normal idarəetmə olmayıb, yeyinti çox olub və problemli kreditlərin həcmi böyükdür. Təbii ki, Rusiyanın maliyyə sisteminin hazırda üzləşdiyi problemlərlə əlaqədar bu bankların da qara günləri başlayıb. Ən çətin durumda “Bank VTB (Azərbaycan)”dır. Çünki Rusiyanın VTB bankının yerli törəməsidir. VTB-yə qarşı isə Qərb tərəfindən sanksiyalar tətbiq olunub.
“Yelo Bank”ın isə əsas səhmdarları Rusiya vətəndaşları Vahid Ələkbərov və Marina Kulişovadır.

Vahid Əkbərov ona tam məxsus olan “Topaz Investments Limited” MMC vasitəsilə səhmlərin təxmini 96 faizinə malikdir. Marina Kulişova isə səhmlərin 4 faizindən çoxuna malikdir və həm də “Topaz Investments Limited” MMC-nin rəhbəridir. “Yelo Bank” xeyli problem və qalmaqallardan sonra sırf əsas səhmdarı Vahid Ələkbərovun dəstəyi nəticəsində indiyədək üzdə qala bilib. Hazırda isə həm VTB-nin, həm də Vahid Ələkbərovun durumu ürəkaçan deyil. Bu baxımdan buradakı banklarının başına nə desən, gələ bilər.

Bu baxımdan sözügedən bankın müştəriləri ehtiyatlı davranmalıdır. Sığortalı əmanətçilər (100000 manatadək) və sahibkarlar (20000 manatadək) narahat olmaya bilər, vəsaitləri sığortalıdır. Digərləri, xüsusən də koorporativ müştərilərin tədbirli olmasında fayda var.

Bu banklara borcu olanlara gəldikdə isə mövcud durumda daha ürəkli olaraq qanunsuz təzyiqlərə qarşı cəsarətlə çıxış edə bilərlər. Çünki məlum banklar hazırda qoçuluq etmək iqtidarında deyillər”.

Yazıda adı çəkilən bankların da mövqelərini dərc etməyə hazırıq.

Gülşən Şərif

www.yenicag.az

1221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv