!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklar gücləndirilmiş iş rejiminə keçir - Azərbaycanda

!Reklam – Yazi

Mayın 1-dən 31-dək Bakı şəhərində növbəti dəfə keçiriləcək ticarət festivalı ilə əlaqədar olaraq banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Yenicag.az-a verilən məlumata görə, 23 bankın 48-dən çox filial və şöbəsi Baku Shopping Festivalda müştərilərə xidmət edəcək.

Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcəklər.

Tədbirlə əlaqədar olaraq MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir sualla bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına (Vüsal Həsənov, vü[email protected], (+994) 12 493 50-58 (daxili 429)) müraciət edə bilərlər.

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib. Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

COP29

www.yenicag.az

1704
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv