Banklar üçün bəd xəbər

media-hightechnic-468x90

1427955197_qubadValyuta ehtiyatları son 4 aya 5 milyard 370 milyon dollar azalıb. Bildirir ki, baş bankın ehtiyatları 1 milyard 84 milyon dollar azalıb. Belə davam edəcəyi halda iqtisadiyyatın hansı problemlərlə üzləşəcəyi ciddi narahatlıq və sual doğurur.

İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, indiki şərtlər çərçivəsində valyuta ehtiyatlarının xərclənməsi tempində azalma müşahidə olunacaq ki, bu da rezervlərdən istifadə müddətini uzada bilər. Əks proseslər müşahidə olunarsa, yenidən neftin ucuzlaşması tendensiyası qərarlaşarsa bu son nəticədə ehtiyatların tükənməsinə və manatın üzən kursunun formalaşmasına gətirin çıxara bilər.

“Belə olan halda manatın məzənnəsinin sabitləşməsi üçün aylar lazim olacaq Sabitlik səviyyəsi isə hazırkı məzənnə ilə müqayisədə daha ucuz kurs nisbətində qərarlaşa bilər. Bu isə iqtisadiyyata yüksək inflyasiya, banklara isə kütləvi risklər vəd edir”-deyə ekspert sözlərinə əlavə edib.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600