Barışıq üçün canlı yayıma gələn müğənniyə APARICIDAN REAKSİYA
Aparıcı Zümrüd Bədəlova ilə müğənni, Əməkdar artist Zaur Əmiraslanov barışıb.
Yenicag.az xəbər verir ki, Zaur Zümrüdün verilişinə gələrək canlı yayımda ona çiçək dəstəsi bağışlayıb və bu küsülülüyə son qoyub.
Səhvini etiraf edən müğənni, “Mən Zümrüd xanımın xətrini dünyalar qədər istəyirəm” deyərək qarşı tərəfin könlünü almaq istəyəndə, Zümrüd də ona atmaca atıb: “Onun üçün verilişdə arxamca danışırdınız?”
Sonra barışıq baş tutub.
Nehru













