Baş leytenantı döyən rəis: “İşə sərxoş gəlmişdi”

media-hightechnic-468x90

7Os7SBD2AjTINizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin rəisi Rafael Albabayev sahə müvəkkili Səməd Düsturovu döyməsi ilə bağlı iddialara münasibət bildirib.

Polis polkovniki R.Albabayev bildirib ki, S.Düsturovun iddiaları əsassızdır: “O, 2 aya yaxındır ki, bizim bölmədə çalışır. Həmin gün xidmətə gələndə sərxoş olduğu müəyyən edilib və xidmətdən kənarlaşdırılıb. Ona qarşı hər hansı kobudluq edilməyib. Mən uşaq deyiləm ki, polis zabitinə əl qaldırım? Sərxoş vəziyyətdə xidmətə gəldiyi üçün cəzalandırılıb və barəsində Daxili İşlər Nazirliyində müvafiq araşdırmalara başlanılıb. Bildiyimə görə, əvvəl işlədiyi yerlərdə də problemləri olub”.

Qeyd edək ki, bu gün “qafqazinfo”da 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturovun rəisi tərəfindən döyülməsi və döyülməsi haqqında raport yazması barədə məlumat verilib. O bildirib ki, noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb(lent)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600