Baş nazir Rusiyanın tarixi qələbəsini şübhə altına aldı

media-hightechnic-468x90

çmnçniBöyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın tarixi qələbəsini – DÇ-2018-ə ev sahibliyini şübhəli yolla qazandığına işarə vurub.

O bildirib ki, DÇ-2018-in təşkilatçı ölkəsi FİFA-dakı səsvermə zamanı yox, daha əvvəl müəyyənləşib.

“Mən öz sözlərimdə ehtiyatlı olmağa çalışacam. 24 saat ərzində yatmadan bizim Devid Behkem və şahzadə Uilyamla layihə üzərində işləyirdik. Mənə elə gəlirdi ki, biz inkişafa nail olmuşuq. Və mənə elə gəlirdi ki, nəticələr (səsvermə)… Fikirlərimdə ehtiyatlı olmalıyam. Belə deyim: DÇ-2018-in ev sahibi əvvəlcədən müəyyənləşdirilmişdi. Onu da deyə bilərəm ki, bir çoxları əvvəlcə bizə səs verəcəyini vəd etmişdi. Amma nəticədə İngiltərə cəmi bir səs aldı” – deyə o vurğulayıb.

Qeyd edək ki, D.Kemeronun bu fikirləri Rusiya mətbuatının etirazına səbəb olub(qol.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600