!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir təhsil müəssisələri barədə qərarlar imzaladı

!Reklam – Yazi

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ləğv edilib.

Həmçinin, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ləğv edilib.

***

“Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilib.

***

İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları və onların xüsusi hallarda təhsil müəssisələrində saxlanılma şərtləri müəyyənləşib.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərarla “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na aşağıdakı məzmunda 15-ci hissə əlavə olunub.

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na uyğun olaraq xüsusi ümumtəhsil məktəblərində və internat tipli ümumi təhsil müəssisələrində şagirdlər tam və ya qismən (yataqxana və qida ilə təminat) dövlət təminatında saxlanılırlar və onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər və qaydalar üzrə qida, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar.

– İnternat tipli ümumi təhsil müəssisələrini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli ümumi təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada mövsümi paltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmiş məbləğdə birdəfəlik pul vəsaiti verilir.

– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar peşə, orta ixtisas və digər təhsil müəssisələrinə daxil olduqdan sonra “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsi ayrılanadək, qida ilə təmin edilməklə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində qala bilərlər.

– Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin məzunları istehsalatda işləməyə gedərkən istehsalat təlimi dövründə 6 (altı) ay, xroniki xəstəlikləri olanlar isə yaşayış sahəsi olmadıqda 1 (bir) il müddətinə həmin məktəbdə saxlanıla bilərlər. Yaşayış sahəsi olmayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir.

– Yay tətili müddətində bu və ya digər səbəblərlə əlaqədar evə aparılmayan uşaqlar üçün həmin müəssisələrdə yay-istirahət düşərgəsi təşkil olunur. Uşaqların yay istirahətinin təşkilində yerli icra hakimiyyətləri, ərazi üzrə dövlət təhsil və tibb müəssisələri tərəfindən internat tipli ümumi təhsil müəssisələrinin rəhbərliyinə müvafiq kömək göstərilir.
15.6. Yay tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digər tətil günlərində də şagirdlər valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə əsasən evə gedə bilərlər. Başqa şəhər və rayonlara uşaqların valideynin (yaxud digər qanuni nümayəndənin) müşayiəti olmadan yola salınmasına icazə verilmir.

– İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdləri həmin müəssisələrin yataqxanasında qalırlar. Uşaqların ailədə yaşamaq hüququnun təmin olunması məqsədilə (yaşadığı ev yaxındadırsa, şəraitlə əlaqədar uşağın valideynin yanında qalması mümkündürsə, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.) valideynin ərizəsinə əsasən müəssisənin bəzi şagirdlərinə dərslər bitdikdən və ya axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya digər qanuni nümayəndənin nəzarəti olmadan müstəqil surətdə evə gedibgəlməsinə icazə verilmir.

– İnternat tipli sanator ümumi təhsil müəssisələrində təlimtərbiyə işləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirləri də həyata keçirilir.

– İnternat tipli sanator ümumtəhsil məktəblərinə qəbul edilmiş şagirdlər müalicə başa çatdıqdan sonra əvvəllər oxuduqları ümumi təhsil müəssisəsinə qayıdırlar. Burada onlar internat tipli sanator ümumtəhsil məktəblərinin verdiyi sənədlərə əsasən əlavə yoxlama aparılmadan müvafiq sinfə qəbul edilirlər.

COP29

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv