!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş redaktor: “Ağırlıq yükü çox olan informasiyalara maraq azalıb”

!Reklam – Yazi

“Sosial şəbəkələrin populyarlaşmasının obyektiv və subyektiv səbəbləri var. Hər şeydən öncə texnologiyanın inkişafından sonra insanların həyatının böyük ölçüdə vizuallaşması amili nəzərə alınmalıdır. İnsanlar telefonda çox vaxt keçirir və ilk qarşılaşdıqları informasiyanın arxasınca çox az hallarda düşürlər. Təbii ki, ağırlıq yükü çox olan informasiyalara maraq azalıb. Bu da informasiyanı dəqiqləşdirən hadisə yaxud hansısa məsələ ilə bağlı daha təfərrüatlı məlumat verməyə çalışan ənənəvi medianı geridə qoyur. İnformasiya istehlakçıları hadisə baş verəndən dərhal sonra məlumat almaq istəyirlər. Bu vəziyyət həm də informasiya təhlükəsizliyinə problem yaradır, çünki oxucu, yaxud tamaşaçının rəyi ilk qarşılaşdığı informasiya ilə formalaşır, onların az hissəsi bu informasiyanı dəqiqləşdirməyin arxasınca düşürlər. Nəticədə informasiya kirliliyi yaranır. Bunu obyektiv səbəb adlandırmaq olar, yəni hər şey müasir insanın tələbatı, istəkləri çərçivəsində baş verir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında “Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli media savadlılığından danışarkən deyib.

Baş redaktor qeyd edib ki, informasiya kirliliyinin subyektiv səbəbi ənənəvi medianın klassik prinsiplərinin müasir tələblərə uyğunlaşdırılmamasıdır:

“Subyektiv səbəb isə ənənəvi medianın klassik prinsipləri müasir tələblərə uyğunlaşdırmaması, yaxud bunu tam etməməsidir. Misal üçün, hansısa informasiyanı dəqiqləşdirmək zaman alırsa, ənənəvi media əlindəki ilkin informasiyanı təqdim edə, daha sonra dəqiqləşdirmə apara bilər. Hətta ilkin informasiya tam doğru olmasa belə, oxucunu informasiya təhlükəsizliyinə təhdid yaradan mənbələrdən yayındırmağa imkan verə bilər. Yəni oxucu tam doğru olmasa belə, ilkin yayılan informasiyanı ənənəvi mediada oxuyarsa, orada qala və dəqiqləşdirilən informasiya ilə də tanış ola bilər.

Digər səbəb isə ənənəvi medianın sosial şəbəkənin imkanlarından doğru istifadə edə bilməməsidir. Bu, təkcə bizdə yox, dünyanın müxtəlif ölkələrində də belədir. Hesab etmirəm ki, sosial şəbəkələr ənənəvi medianı sıradan çıxaracaq, lakin zəiflədəcəyi bəllidir, artıq proses buna doğru gedir. Buna qarşı atıla biləcək ən yaxşı addım ənənəvi medianın fəaliyyətini müasir prinsiplərə, müasir insanın tələb və istəklərinə uyğunlaşdırması ola bilər”.

www.yenicag.az

109
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv