Baş redaktor hədələndi

media-hightechnic-468x90

xanlar_xoca Bu günlərdə DİN əməkdaşları tərəfindən dələduzluq maddəsi ilə həbs edilmiş və özünü “Həzrəti Sabir” kimi təqdim edən Sabir Abbasovu sosial şəbəkədə tənqid etdiyinə görə Yenilik.Az  İnternet Qəzetinin baş redaktoru Xanlar Xoca hədələnib.

Facebookda Qalib Əsgərov adı ilə qeydiyyatdan keçən istifadəçi Xanlar Xocanın  sosial şəbəkədəki səhifəsində hədələyici rəy yazıb və yaxın vaxtlarda cəzalandırılacağını bildirib. Həmin rəyləri və həmin şəxsin öz səhifəsində paylaşdığı şəkilləri olduğu kimi təqdim edirik və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək tədbir görülməsini xahiş edirik. Ola bilsin ki, bu şəkillər  heç həmin şəxsə aid deyil. Biz bunu da araşdıracağıq.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600