Baş yazarımız Türkiyədən daha bir ödül aldı

media-hightechnic-468x90

agd_baku7Avrasiya Qəzetçilər Dərnəyinin rəhbərliyi Rabitə və İnformasiya naziri Əli Abbasov və Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıçla görüşdü

Türkiyəli qonaqların Bakıya işgüzar səfəri davam edir
Xəbər verildiyi kimi Türkiyənin Avrasiya Qəzetçilər Dərnəyinin rəhbərliyi Bakıda işgüzar səfərdədir. Səfərin məqsədi Azərbaycan və Türkiyənin media qurumları arasında qarşılıqlı əlaqələrin inkişafı və Türk Dünyası ilə bağlı birgə proyektlərin həyata keçirilməsi üçün fəaliyyət planının müəyyənləşdirilməsidir.

AQD başqanı Murat Palavarın başçılıq etdiyi heyət səfərin birinci günü “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin direktoru Aqil Ələsgər və “Olaylar” Agentliyinin rəhbəri Yunus Oğuzla görüşüb, fikir mübadiləsi aparıblar. Görüşlərin sonunda hər üç şəxsə AQD başqanı Murat Palavar tərəfindən Xüsusi Təşəkkürnamə plaketi təqdim olunub.

Daha sonra Nümayəndə Heyəti AQD başqan vəkili Osman Saraçın başçılığı (Dərnək başqanı Murat Palavar səfərin ikinci günü iş görüşməsi üçün üçüncü bir ölkəyə səfər etdiyi üçün rəhbərlik ) ilə Mətbuat Şurasının sədri Əflatun Amaşovla və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə görüşərək, onlara təşəkkür plaketi təqdim ediblər.

Osman Saraçın başçılıq etdiyi Heyət bu gün 90-cı illərdən bəri Anadolu mətbəxinin Azərbaycanda təmsilçisi olan “Büyükfırat” Şirkətinin prezidenti Hüseyin Büyükfıratla da görüşdü. Ötən il AQD tərəfindən gerçəkləşdirilən və böyük rezonans doğuran türk jurnalistlərin Azərbaycan səfərinə maddi-mənəvi dəstəyini əsirgəməyən H.Büyükfırata Xüsusi Təşəkkürnaməni AQD başqan vəkili Osman Saraç təqdim etdi.

Bu gün Osman Saraçın başçılıq etdiyi nümayəndə heyəti Rabitə və İnformasiya naziri Əli Abbasov tərəfindən qəbul olunub. Görüşdə AQD İH üzvü Bayram Aldemir və AQD Qafqaz təmsilçisi Aqil Ələsgər iştirak edib. Səmimi atmosferdə keçən görüşdə nazir Əli Abbasova dərnəklə bağlı məlumat verildi və iki ölkə arasındakı informasiya sahəsindəki əlaqələr müzakirə edildi.

Görüşün sonunda Əli Abbasova iki dövlət arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə, Xüsusi Təşəkkür diplomu təqdim edildi.

Bu gün isə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hülusi Kılıç AQD başqan vəkili Osman Saraç, AQD İH üzvü Bayram Aldemir, AQD Qafqaz təmsilçisi Aqil Ələsgər və “Dünya Azərbaycanlıları” Mərkəzinin sədri Zaur Mirzə-zadəni qəbul edib.

Nümayəndə heyəti “Həftə İçi” qəzetinin redaksiyasını da ziyarət edib. Baş redaktor Sevinc Seyidova ilə görüşən Heyət qarşılıqlı əməkdaşlıqla bağlı diskussiya aparıb.
Görüşlər zamanı iki ölkə arasında münasibətlərdə medianın rolu və ikitərəfli əməkdaşlıqlar müzakirə edilib.

AQD rəhbərliyinin görüşləri davam edir. Avrasiya Qəzetçilər Dərnəyinin başqan vəkilini görüşlərdə AQD Qafqaz Təmsilçisi Aqil Ələsgər müşayət edir.
Dərnək rəhbərliyi sabah da görüşlərini davam etdirəcək.
Görüşlərlə bağlı geniş məlumat veriləcək.

 

Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz təmsilçiliyi
“Yeni Çağ” AİA
www.yenicag.az

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600