“Batman” filminə çəkilməyim böyük bir səhv idi”

media-hightechnic-468x90

11356310_1670799073148667_1709857148_nHollivudun tanınmış simalarından olan məşhur kino aktyor Corc Kluni 1997-ci ildə “Batman” filmində oynadığı rola görə pərəstişkarlarından üzr istəyib.

Corc Kluni bildirib ki, o dönəmdə film sektorunda parlamaqda olan “Batman” filminə çəkilməyinin əsas səbəbi 18 il əvvəl aktyorluq karyerası üçün bu filmin böyük bir şans olmasıdır.

“Bu filmdə mənim rol almağım böyük bir xəta idi və buna görə bütün heyranlarımdan üzr istəyirəm”.

Xatırladaq ki, sözügedən “Batman & Robin” adlı film rejissor Coe Şumaxer tərəfindən 1997-ci ildə çəkilib.

Həmin film 1995-ci ildə çəkilmiş “Batman Daima”nın davamı sayılır. “Batman”ın əvvəlki serialarında isə Val Kimler baş rolda oynayıb, lakin sonra Corc Kluniyə filmin baş rolu təklif olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600