Bayden prezident kimi son səfərini bu ölkəyə edəcək

media-hightechnic-468x90

Co Bayden ABŞ prezidenti kimi son səfərini  yanvar ayında İtaliyaya edəcək və burada Papa Fransisk, baş nazir Giorgia Meloni və prezident Sercio Mattarella ilə görüşəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir ki , Bayden yanvarın 9-dan 12-dək Romaya səfər edəcək.

“O, həmçinin ABŞ-İtaliya münasibətlərinin möhkəmliyini vurğulamaq üçün İtaliya liderləri ilə görüşəcək, son bir ildə G7-yə güclü rəhbərliyinə görə baş nazir Meloniyə təşəkkür edəcək və dünyanın üzləşdiyi mühüm problemləri müzakirə edəcək”, – deyə mətbuat xidməti bildirib./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05