Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı AÇIQLANDI

media-hightechnic-468x90

 

media-banner_tkm

Qurban bayramı günlərində – 15-19 iyun tarixlərində təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 325 olub. Onlardan 1 092 nəfər hospitalizasiya edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bayramı günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.

“Çağırışların sayı ən çox 17.06.2024-cü il tarixində (çağırış sayı 2 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb. Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub”, – məlumatda vurğulanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05