Bayramda hava necə olacaq?

media-hightechnic-468x90

buludlu-hava-esasMartın 20-də Azərbaycanda buludlu, arabir yağıntılı hava şəraiti müşahidə olunacaq.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Martın 21-də isə əksər rayonlarda əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Yağıntılar tədricən kəsiləcək, əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Temperaturda mühüm dəyişiklik gözlənilmir.

Martın 20-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05