!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəhruz Quliyev: "Seçki ərəfəsində sosial şəbəkələr iyrənc yollara əl atacaqlar"

!Reklam – Yazi

Azərbaycan əlehyinə olan və ölkə haqqında xoşagəlməz videolar yayan “Youtube” kanalları barədə tədbirlərin görülməsi təklif edilib.

Yenicag.az xəbər verir ki, bu təkliflə “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı Azərbaycan Respublikası Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilmiş seminar müşavirədə çıxış edib. A.Camalqızı bildirib ki, həmin kanallar namizədlər əleyhinə təbliğat aparmaqla Seçki Məcəlləsinin tələblərini pozurlar. O, bu məsələ ilə bağlı “Youtube” rəhbərliyinə müraciət edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən “SƏS” media qrupun rəhbəri Bəhruz Quliyev də bu məsələnin vacibliyini qeyd edib və bu cür kanallara qarşı mübarizə aparmağa çağırıb. B.Quliyev bildirib ki, “Youtube” video portalında anti-Azərbaycan qüvvələrinin hazırladığı iyrənc videolar diqqəti cəlb edir. Onun fikrincə, bu məsələyə həm dövlət, həm də Mərkəzi Seçki Komissiyası diqqət yetirməlidir: “Seçki ərəfəsində sosial şəbəkələrdə anti-Azərbaycan qüvvələri fəaliyyətə başlayır, seçki günü bu pik nöqtəyə çatacaq və onlar daha iyrənc yollara əl atacaqlar, ona görə də bununla bağlı tədbirlər görülməlidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2027
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv