“Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı seçki məntəqələrində baş verən hadisələrlə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) 25 müraciət daxil olub”.
Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, MSK həmin müraciətlərdən 8-nə artıq baxıb: “Səsvermə günü bizə bir müraciət daxil oldu, biz də Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə o müraciətə baxdıq və müvafiq qərar verdik. Seçkilərin səhəri günü, yəni dekabrın 24-də yenə də bir müraciət daxil oldu və biz də bununla bağlı müvafiq qərar verdik”.
MSK sədri bildirib ki, daxil olan müraciətlər səsvermə günü məntəqələrdə bu və ya digər pozuntuların baş verməsi iddiası ilə əlaqədardır.
www.yenicag.az