“Bələdiyyə seçkilərində radikal müxalifət iflasa uğradı”
“Bələdiyyə seçkilərində radikal müxalifət tam iflasa uğradı”
“Bu bələdiyyə seçkilərində dördüncü iştirakımdır. Deyəsən, bu səfər də yeganə partiya sədrinin müaviniyəm ki, bələdiyyə seçkilərinə qatılmışam. 1999-cu ildə 21 yaşında bələdiyyə üzvü seçilmişəm. 2004-cü il seçkilərindən sonra bələdiyyə rəhbərliyində təmsil olunmuşam. 2009-cu ildən indiyə kimi bələdiyyədə komissiya sədri vəsifəsində çalışmışam. Bu sahədə 15 illik təcrübəm var.
“BAXCP-nin 297 namizədi qeydə alınıb və hal-hazırda təbliğat-təşviqat prosesi gedir. Artıq özümün də namizəd olduğum Abşeron rayon Mehdiabad qəsəbəsində mövcud olan seçki lövhələrinə plakatlarım yapışdırılıb”- Bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini, bələdiyyə seçkilərinə namizədliyi qeydə alınmış Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, namizəd olduğu Mehdiabad bələdiyyəsində mübarizə normal şəraitdə keçir:” Mehdiabad bələdiyyəsinə 13 yer uğrunda 34 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin arasında partiya mənsubiyyəti olan şəxslərlə yanaşı birtərəf şəxslər də var. Bu səfərki seçkidə qadaın namizədlərin irəli sürülməsi də var. Bununla yanaşı daha çox gənclərin namizədliyinin irəli sürülməsi nəzərə çarpır. Bu da çox sevindirici haldır. Bu bələdiyyə seçkilərində iştirakım dördünçüdür. Deyəsən, bu səfər də yeganə partiya sədrinin müaviniyəm ki, bələdiyyə seçkilərinə qatılmışam. 1999-cu ildə 21 yaşında bələdiyyə üzvü seçilmişəm. 2004-cü il seçkilərindən sonra bələdiyyə rəhbərliyində təmsil olunmuşam. 2009-cu ildən indiyə kimi bələdiyyədə komissiya sədri vəsifəsində çalışmışam. Bu sahədə 15 illik təcrübəm var. Əgər bu səfər də mehdiabadlılar etimad göstərsələr, onların inamını bir daha doğruldacam “
BAXCP sədrinin müavini onu da bildirib ki, bələdiyyə seçkilərində radikal müxalifət tam iflasa uğradı:” Radikal müxalifətin sosial dayaqlarının olmaması bir fakt idi. Artıq bu seçkidə bir daha sübut olundu ki, Azərbaycan xalqı hətta radikal müxalifətin namizədi olmaqdan belə imtina edib. Demek olarki, bütün Azərbaycan üzrə 100 nəfər tapıb namizədliyini irəli sürə bilməyiblər. Özlərini isə müxalifətin “anası” olmağı uğrunda mübarizəyə həsr ediblər. Əli Kərimli ictimaiyyyətə acıqlasın, görək onun partiyasından neçə nəfər namizədliyini isrəli sürüb?