Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Bəlkə o çantada alt paltarı vardı..." - Zaur Kamala sərt etiraz - QALMAQAL - Video

“Xəzər TV” nin “5/5” verilişinin aparıcısı Zaur Kamalın canlı yayımda müğənni Damlanın çantasını açdıraraq, pulunu sayması birmənalı qarşılanmayıb. Düzdür, o, “mən qadın çantasına baxmaram” desə də, aparıcının qeyri-etik təşəbbüsü tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.

Yenicag.az-a açıqlama verən tanınmış televiziya mütəxəssisi Zeynal Məmmədli şou-proqramlarda «qırmızı xətt»in gözlənilməsinin vacib olduğunu bildirdi:

“Əyləncə xarakterli verilişlərdə izləyicini güldürmək və maraq doğurmaq üçün aparıcı hansısa müğənninin çantasına girirsə, bu, yolveriləndir. Burda artıq şounun qanunları işləyəcək, jurnalistikanın yox. Amma bütün bunlar çox təbii olmalı, biədəb təəssürat yaratmamalı, başqalarını pis əməllərə sövq etməməlidir. Bütün şoularda mütləq qırmızı xətt olmalıdır və bu xətt keçilməməlidir. Əyləncə şounun tələblərinə nə dərəcədə uyğun gəlməlidir, bu məqam kontekstə görə qiymətləndirilməlidir. Bu şouda ictimai əxlaqa, davranışa ziyan vurulmamalıdır. Təəssüf ki, teleməkanda bizim şou proqramların aparıcı və iştirakçılarının intellektual və peşəkarlıq baxımından çox yoxsul olduqları üzə çıxır. Bu, reallıqdır və reallığı danmaq olmaz”.

Müğənni Əli Mirəliyevin isə məsələyə münasibəti belə oldu:

“Zaur verilişin maraqlı keçməsi və başqalarından seçilməsi üçün müğənni ilə məzələnir; guya performans göstərir. Aşığın sözü qurtaranda “nanay-nanay” edir. Mövzu yoxdur axı. Biz xalqa lazım olan və olmayan bütün sözləri efirdən deyib qurtarmışıq. Sən demə, lazımlı yox, lazımsız hərəkətlər etmək zamanıdır. Onda sən digər aparıcılardan seçiləcəksən. Bax, məqsəd budur. Onsuz da adət-ənənələrimizə çoxdan ziyan vurublar. Bir günah da müğənninin özündədir. Müğənni ona əsas verir ki, Zaur da onun çantasını açdırır. Bu verilişin komandası bunu düşünməlidir ki, belə iş tutmaq olmaz. Bəlkə qadın çantasından elə onun alt paltarı çıxacaqdı, ayıb deyildi? Zaurun müğənninin çantasına baxmağından danışırıq, aparıcılar var ki, sənət adamının yataq otağına soxulur e. Aparıcı böyük qüvvədir, müğənninin ağzı nədir, onu yataq otağına buraxmasın. Müğənninin çantası da, evi də, bağı da Zaura qurbandır. Təki Zaur onu efirə çağırsın, reklam olunsun. Dedim e bu sözləri, Zaur başımı kəsəcək”.

İradə Sarıyeva, jurnalist:

“Ümumiyyətlə, şou proqramların efirdə olduqca geniş şəkildə təbliğ edilməsinə tərəfdar deyiləm. Çünki bizim bir çox kanallarımız əslində, şou proqramın necə olduğunu, hansı şərtlər, qaydalar əsasında yayımlanması qaydasını ya bilmir, ya da özlərinə sərf etdiyi şəkildə efirə verirlər. O ki qaldı mövzunuza, baş verənləri təəssüflə qarşılayıram. Bir kişi aparıcının şou xatirinə, hansısa bir tamaşaçı kəsiminin diqqətini cəlb etmək üçün xanım müğənninin çantasını açdırmasını yaxşı hal hesab etmirəm. Zaur Kamal istedadlıdır, daha ciddi və maraqlı layihələrdə öz sözünü deyə bilər, yəni potensialı var. Mən onun istedadını “Poliqon” verilişində müşahidə etmişəm. Ancaq o, öz potensialını qiymətləndirməyi bacarmır. Qayıdaq, onun müğənni ilə arasında baş verənlərə… Ümumiyyətlə, heç vaxt xanımların əri, qardaşları, oğulları belə, onların çantasına ya icazəli, ya da icazəsiz əl uzatmırlar, o ki qalmışdı çantasındakı pulu kiməsə saydırsınlar. Bu işə münasibətim mənfidir. Düşünürəm ki, Azərbaycan kişisi belə etməməlidir, bu, bizim mentalitetə xas olmayan hərəkətdir. Zaur Kamalda da, digər bəzi kişi aparıcılarda bu kimi hallar olur. Qadının çantası onun belə deyək, sirridir. Bəlkə o çantada elə bir şey vardı ki, onu nə aparıcı, nə də tamaşaçılar görməməli idi. Bu, çox həssas məsələdir. Düşünürəm ki, aparıcı gərək buna yol verməyəydi.

Rusiya kanallarını çox izləyirəm, hələ orada belə bir halın baş verdiyini müşahidə etməmişəm. Məncə, aparıcı tamaşaçı üçün efirə çıxdığını unutmamalıdır. Tamaşaçı rəyinə hörmətlə yanaşmalıdır.

“Xəzər TV” “5/5” verilişində baş verən həmin anları təqdim edirik:

 

Cəvahir

www.yenicag.az

7831
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM