!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Benzinin qiyməti artacaq? – İqtisadçı AÇIQLADI

!Reklam – Yazi

“Rusiyanın benzin bazarı liberaldır, dövlət tərəfindən tənzimlənmir, qiymət artımları və azalmalar isə dalğa-dalğa olur. Lakin Rusiyada azalma daha az olur və daha çox qiymət artımını müşahidə edirik. Çünki Sankt-Peterburqda daxili qiymətləri tənzimləyən birja var ki, orada benzin və dizelin qiyməti müəyyənləşdirilir.

Bu birjanın qiymət tənzimlənmələri bölgələrə görə fərqlənir. Məsələn, Moskva, Sankt-Peterburq və Uzaq Şərqdə benzin daşınma və əhalinin alıcılıq qabiliyyətləri ilə bağlı daha bahadır. Lakin digər bölgələrdə isə fərqli-fərqli qiymətlər həyata keçirilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

O, Ukrayna ordusunun Rusiyanın daxilində yerləşən neftayırma zavodlarına PUA və dron hücumları ilə bağlı Rusiyada benzin qiymətlərinin artmasının ölkəmizə təsir edib-etməməsi amillərindən söz açıb.

Qeyd edək ki, nüfuzlu “Politico” nəşri bununla bağlı sərlövhəli məqaləsində qeyd edib ki, Kiyev administrasiyasının intensiv hava hücumları nəticəsində Rusiyada benzin və digər sürtkü yanacaqlarının qiyməti artıb.

N. Cəfərli əlavə edib ki, Azərbaycana gəldikdə isə “Premium” və “Super” markalarından başqa bütün benzin növlərinin qiyməti dövlət tərəfindən tənzimlənir.

“Ona görə də Rusiyada baş verən proseslərin birbaşa Azərbaycana təsiri olmayacaq. Ukraynanın Rusiyaya məxsus neftayırma zavodlarına PUA və dron hücumlarının təsiri daha çox Belarus və Qazaxıstanı çıxmaq şərti ilə, Mərkəzi Asiya respublikalarına olacaq. Çünki bu dövlətlər daha çox benzin alırlar”, – deyə o bildirib.

İqtisadçının fikrincə, ölkəmiz Rusiyadan çox az həcmdə benzin alır:

“Biz, əsasən, Rusiyadan “Premium” markalı benzini tədarük edirik ki, onun da litri bu gün 2 manatdır. Bu qiymət Rusiyadakı qiymətlərdən 2 dəfə bahadır deyə, “Premium”un qiymətinin dəyişəcəyini düşünmürəm. Bu hadisələrin Azərbaycana birbaşa təsir etmə imkanları çox azdır. Çünki bizim də neftayırma zavodlarımız var, doğrudur, bəziləri təmirdədir və tam gücü ilə işləyə bilmir, lakin, ən azından, dizel yanacağı və 92 markalı benzinlə özümüzü təmin etmək üçün imkan və fürsətimiz var. Ölkədə təkcə “Premium” markalı benzinlə bağlı problem var, çünki Azərbaycanda müasir tipli neftayırma qurğularının quraşdırılması davam edir. Məlumata görə, gələn ilin sonuna bu proseslər yekunlaşa bilər”.

Rafi Müslümov

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv