Bərdədə qəbiristanlıq yandı - FOTOLAR

media-hightechnic-468x90

Bərdənin Kətəlparaq kəndi ərazisində yerləşən qəbiristanlıqda yanğın baş verib.

Yenicag.az xəbər verir ki, APA-nın Qarabağ müxbirinin verdiyi məlumata görə, alov su kanalının kənarındakı qamışlıqda başlayıb və sonra qəbiristanlığa keçib.

Kənd sakinlərinin bildirdiyinə görə, alovun geniş miqyas alması nəticəsində məzar daşlarına zərər dəyib.

Yanğının söndürülməsi məqsədilə hadisə yerinə yanğınsöndürmə briqadası çağırılıb. Yanğın söndürülüb.

Yenicag.az 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600