“Beşiktaş” da avrokuboklarla vidalaşdı

media-hightechnic-468x90

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab matçlarına yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, doğma meydanda “Lozanna”nı qəbul edən “Beşiktaş” 0:1 hesabı ilə məğlub olub. İlk matçda da 1:1 hesabı qeydə alındığından İstanbul təmsilçisi mübarizəni dayandırmalı olub.

Türkiyənin “Samsunspor” klubu isə Avropa Liqasında iki oyunun nəticəsinə görə “Panatinaikos”a uduzaraq mübarizəni dayandırmalı olub. Samsun təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Qeyd edək ki, ötən gün də Türkiyənin “Fənərbaxça” klubu Çempionlar Liqasında “Benfika”ya uduzaraq qitənin bir nömrəli turniri ilə vidalaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa