Türkiyənin “Beşiktaş” klubunun ötən gün ölkə kubokunda 9:0 hesabıyla məğlub etdiyi “Manisaspor”un qapıçısı Emrullah Şalkla bağlı maraqlı fakt üzə çıxıb.
Yenicag.az xəbər verir ki, onun hələ 2012-ci ildə sosial şəbəkədə dostu ilə yazışarkən “Beşiktaş”ın vaxtilə UEFA Çempionlar Liqasında İngiltərənin “Çelsi” klubuna 0:8 hesablı məğlubiyyətini lağa qoyduğu məlum olub.
“Beşiktaş” futbolçularının oyundan öncə bu faktdan xəbərdar olub-olmadığını müəyyənləşdirmək çətindi. Amma bilinən odur ki, qarşılaşma bitəndən sonra Emrullah meydanı ağlayaraq tərk edib. O, hətta təsəlli üçün yaxınlaşan rəqib futbolçulara “ayıb” sözünü də bir neçə dəfə təkrarlayıb.
www.yenicag.az